Dələduzluq edən şəxs saxlanılıb - VİDEO

Dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Polis saxlanılan şəxsin digər cinayətlərini də araşdırır

Quba rayonunda dələduzluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən rayonun Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, adıçəkilən şəxs rayon sakini olan bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30.000 min manat pulunu dələduzluq yolu ilə ələ keçirilib.

Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb. Belə ki, Məmməd Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq, onların ümumilikdə 33.000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

Polis əməkdaşları Məmməd Mustafayevin digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-nə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə