Bülbülün 75 yaşlı Poladı - VİDEO

Bülbülün 75 yaşlı Poladı - VİDEO
Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq

Bəstəkar, müğənni, diplomat, aktyor Polad Bülbüloğlu.

O Polad Bülbüloğlu ki, özünəməxsus səsi və oxu tərzi, bir çox əvəzsiz ifaları, mahnılarıyla geniş tamaşaçı auditoriyasının rəğbətini qazana bilib.

O, böyük Bülbül ocağının ruhu, daim yanan çırağıdır. Müğənnidir, bəstəkardır, neçə-neçə mahnının, iri həcmli musiqi əsərlərinin ifaçısı, yaradıcısıdır.

Azərbaycanın mədəniyyət tarixində zaman-zaman qalmaq, yeni gələn nəsillərə tükənməz enerji ötürmək üçün elə bunlar da yetərlidir. Polad Bülbüloğlunun yaratdığı bir böyük insanlıq nəğməsi Azərbaycanda demək olar ki, hər gün səslənir.(Gəl ey səhər)

Adamın inanmağı gəlmir ki, milyonlarla insanın yaddaşında əbədi gənclik obrazı kimi hopub qalan Polad Bülbüloğlu 75 yaşını qeyd edir.

Fevralın 4-də görkəmli bəstəkar, müğənni, Xalq artisti, professor Polad Bülbüloğlunun anadan olmasının 75 ili tamam olur. Bu münasibətlə fevralın 4-də Beyləqan rayonunun Olimpiya İdman Kompleksində, fevralın 7-də isə Bakıda – Heydər Əliyev Sarayında yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, estrada ansamblı və solistlərin ifasında Polad Bülbüloğlunun əsərləri səsləndiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə