Səfir: Azərbaycanlı tələbələrin karantin bölgəsindən çıxmasına icazə verilmir

Səfir: Azərbaycanlı tələbələrin karantin bölgəsindən çıxmasına icazə verilmir

“Hazırda diqqət mərkəzində əsasən koronavirusun yayılmağa başladığı Vuhan şəhərindəki azərbaycanlı tələbələrdir”.

Bunu Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bildirib.

“Onlarla mütəmadi əlaqə saxlayır, vəziyyətləri ilə maraqlanırıq. Vuhandakı tələbələr qaldıqları mənzillərdən, yataqxanalardan çıxa bilmədikləri üçün daha çətin vəziyyətdədirlər. Yataqxanada qalanlar yeməkxanaya gedib çörək yeyə bilirlər, mənzil tutanlar isə özləri ərzaq tədarükü görüblər. Vuhan şəhərində rəsmi olaraq karantin elan edilib. Çin hökuməti hazırda bu karantin bölgəsindən vətəndaşların çaxarılmasını ilkin mərhələdə təhlükəli hesab edir, amma buna baxmayaraq, Azərbaycan vətəndaşlarını oradan çıxartmaq haqqında ciddi düşünürük və danışıqlar aparırıq. Azərbaycan hökuməti oradakı tələbələrimizin vəziyyətinə çox ciddi yanaşır. Ümid edirik ki, yaxın zamanda müsbət nəticə əldə edəcəyik”, - deyə Əkrəm Zeynallı bildirib.

Çində koronavirusa yoluxanların ümumi sayı 4515 nəfərə çatıb, onlardan 106 nəfəri ölüb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə