”Fitch” agentliyi Yunanıstanın kredit reytinqini BB səviyyəsinə qaldırıb

”Fitch” agentliyi Yunanıstanın kredit reytinqini BB səviyyəsinə qaldırıb

“Fitch” reytinq agentliyi Yunanıstanın kredit reytinqi göstəricisini “BB-”dən “BB”yə qaldırıb. Reytinq agentliyinin bu qərarı Yunanıstanın ÜDM göstəricisinin artması və vergi siyasətinin ehtiyatlılığı ilə izah olunur.

REAL AZƏRTAC-a istinadən məlumat verir ki, eyni zamanda agentlik ölkə üzrə proqnozunu “stabildən” “müsbətə” dəyişdirib. Bu qərarı isə agentlik Yunanıstanın dövlət borcunun azaldılması və 2019-cu il iyulunda keçirilən parlament seçkilərindən sonra siyasi vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar verib.

Qeyd edək ki, 2015-ci ildə baş verən maliyyə böhranı zamanı Yunanıstan hökuməti kapitalın hərəkətinə nəzarət qərarını qəbul edib. Bu qərar 2019-cu ilin sentyabrında ləğv edilib.

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər