Davosda müzakirə olunan trendlər - VİDEO

Davosda müzakirə olunan trendlər - VİDEO
İqlim dəyişikliyi və onun iqtisadiyyata təsiri

Sayca 50-ci Dünya İqtisadi forumunda əısas müzakirə mövzularından biri, iqlim dəyişikliyi və bu bunun nəticəsində planetin yaxın 10 il ərzində qarşılaşacağı təhlükələr olub.

Lakin, bununla belə ətraf mühitə dəyən ziyanı azaltmaq və eyni zamanda ildən ilə artan dünya əhalisinin ehtiyaclarını ödəmək məsələsi açıq qaldı.

BP şirkətinin 2019-cu il üzrə hesabatına əsasən, Ötən il dünya üzrə 4,47 mliyard ton neft, 3,92 milyard ton kömür, 3,88 m3 təbii qaz hasil edilib.

Avropadakı tendensiyalara nümünə 17 yaşlı gənc fəal Qreta Tunberqdir.

Davosdakı dünya liderləri qarşısında çıxışı zamanı o bir daha dünyanı təbii sərvətlərin hasilatından imtina etməyə çağırdı.

Bu çağırışlara cavab olaraq Avropa Komissiyasının sədri iqtisadiyyatın təbii sərvətlərdən rəqəmsal əsaslara keçid edəcəyini bildirdi.

Eyni zamanda forum iştirakçıları istixana qaz tullantılarının azaldılması ilə bağlı heç bir elmi və praktik təklifin edilmədiyini etiraf etdilər.

"Bir yerdə mədən hasilatını qadağan etsəniz, yaranan boşluğu dolduracaq başqa bir ölkə tapılacaq, çünki dünyanın enerjiyə ehtiyacı var" deyə BP şirkətinin rəhbəri Robert Dadli TASS-a müsahibəsində bildirib.

"2040-cı ilə qədər dünya əhalisinin daha 2 milyard nəfər artması ehtimalı var. Bu o deməkdir ki, dünyanın indikindən 30-40% daha çox enerjiyə ehtiyacı olacaq. Bir tərəfdən Yer kürəsinin böyüyən əhalisini enerji ilə təmin etmək, digər tərəfdən karbon tullantılarını 50% azaltmaq lazımdır."

Neft ölkəsi olaraq, iqlim dəyişikliyi Azərbaycan neftinin qiymətinə də təsir göstərdi.

Ekspertin fikrincə dünya iqtisadiyyatında təbii sərvətlərin dəyəri hər zaman dəyişkən olub.

İstənilən halda insan faktoru heç bir halda ekoloji balansı pozmamalıdır. Çünki iqlim dəyişikliyinin fəsadlarını gələcək öz ciyərlərində hiss edəcək. Gələcək qarşısında üzümüzün və ciyərlərimizin ağ olması isə daha vacibdir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə