Yurgen Klopp kubok oyununa əvəzedici komandanın futbolçularını göndərir

Yurgen Klopp kubok oyununa əvəzedici komandanın futbolçularını göndərir

"Liverpul" İngiltərə Federasiya Kubokunun 4-cü turunda səfərdə "Şrusberi" ilə keçirəcəyi oyuna əvəzedici komandanın futbolçuları ilə çıxacaq.

"Report"un xəbərinə görə, bu barədə Liverpul təmsilçisinin baş məşqçisi Yurgen Klopp məlumat verib.

Almaniyalı mütəxəssis futbolçularına tam istirahət vermək istədiyi üçün belə addım atacağını söyləyib: "Daha öncə Premyer Liqa rəhbərliyi bizdən ilk dəfə olacaq qış fasiləsinə hörmətlə yanaşmağımızı və heç bir yoxlama görüşü keçirməməyi xahiş etdi. Biz də öz növbəmizdə qarşı tərəfə hörmətimizi nümayiş etdirəcəyik. "Şrusberi" ilə kubokun cavab matçına U-23 komandasının baş məşqçisi Nil Kritçlinin rəhbərliyi ilə gənc futbolçuları göndərəcəyəm. Çünki mən futbolçulara demişdim ki, onlara tam olaraq iki həftəlik istirahət verəcəyəm" - Klopp deyib.

Qeyd edək ki, reqlamentə əsasən "Liverpul" və "Şrusberi" komandaları arasındakı ilk görüşdə (1:1) qalib müəyyənləşmədiyi üçün adı çəkilən klublar yenidən üz-üzə gələcək. Yanvarın 28-də keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 24:00-da başlayacaq. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə