Millimizin üzvü Avropa çempionatında finala adlayıb

Millimizin üzvü Avropa çempionatında finala adlayıb

Avstriyada keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatında Azərbaycan idmançısı Yekaterina Ryabova yarışların təsnifat mərhələsində uğurla çıxış edərək finala adlayıb.

AZƏRTAC xəbər verir ki, qitə yarışında ölkəmiz bir idmançı - 16 yaşlı Yekaterina Ryabova ilə təmsil olunur.

Qrats şəhərində keçirilən çempionatda Yekaterina Ryabova qadınların fərdi yarışında bacarığını nümayiş etdirib. Təmsilçimizin 37 idmançının mübarizə apardığı təsnifat mərhələsindəki çıxışını hakimlər 62,22 balla qiymətləndiriblər. O, bu nəticə ilə ən güclü altı idmançı sırasında finala yüksəlib. Finalda idmançımız Rusiya, Finlandiya və İsveçrə idmançılarının cəmləşdiyi qrupda çıxış edəcək.

Xatırladaq ki, 16 yaşlı Yekaterina Ryabova bir neçə gün əvvəl Lozannada keçirilmiş Yeniyetmələrin Qış Olimpiya Oyunlarında səkkizinci yeri tutub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə