"Beşiktaş” klubu Abdullah Avcı ilə yollarını ayırıb

Türkiyənin "Beşiktaş” klubu baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub. Avcıya təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, son olaraq Türkiyə Kubokunun 1/16 final mərhələsində “Erzurumspor”a evdə 2:3 məğlub olan “Beşiktaş" mübarizəni erkən dayandırıb. İstanbul klubu hazırda Superliqada 30 xalla 7-ci pillədədir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə