Azərbaycan rəqqasları dünyanın ən çox izlənən TV şousunda çıxış ediblər - FOTO

Azərbaycan rəqqasları dünyanın ən çox izlənən TV şousunda çıxış ediblər - FOTO

Azərbaycan rəqqasları Çində ay təqvimi ilə qeyd olunan yeni ilə - Yaz bayramına həsr olunan televiziya qala konsertində çıxış ediblər.

REAL TV-nin Asiya bürosu xəbər verir ki, Azərbaycan Dövlət Rəqs Ansamblının 21 nəfərlik heyəti tamaşaçı sayına görə dünyada ən böyük televiziya əyləncə şousu olan qala konsertdə “Qaytağı” rəqsini ifa ediblər.

Qeyd edək ki, Çin Mərkəzi Televiziyası (CCTV) 1983-cü ildən bəri hər il yaz festivalının bayram axşamı ölkənin tanınmış incəsənət ustalarının və xaricdən dəvət olunan qonaqların iştirakı ilə qala konsert proqramını təqdim edir.

Ötənilki qala konsertini televiziya və internet vasitəsilə 163 ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. 

CCTV-nin qala konserti tamaşaçı sayına görə Ginnesin Rekordlar Kitabına düşüb.

Şərq ölkələrinin ay təqviminə əsasən, bu il yanvarın 25-i yeni ilin ilk günüdür. Bu bayram Çində həm də Yaz festivalı adlanır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə