Xırdalanda iki məktəblini maşın vurub - VİDEO

Xırdalanda iki məktəblini maşın vurub - VİDEO
Yeniyetmələr əməliyyat olunub, hadisəni törədən sürücü isə tutulub

Yanvarın 23-də Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı 2 məktəbli xəsarət alıb.

Belə ki, minik avtomobili yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Alsu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub.

Hər iki yaralı ağır vəziyyətdə 1 Saylı Şəhər xəstəxanasına yerləşdirilib.

Alsu Səbzəliyevaya döş qəfəsinin küt travması, Fidan Orucovaya isə döş qəfəsinin küt travması, sağ diz qapağının sınığı diaqnozu qoyulub.

Hər iki şagirdin müayinə və müalicəsinin davam etdirilməsi üçün paytaxt ərazisində yerləşən başqa bir klinikaya göndəriblər.

Bayram Qorçiyev onuda qeyd etdi ki, xəstələr müşahidə altında olacaqlar, şagirdlərin səhəti üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törədən sürücü Cəmil Bəylərov tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
Bu gün
Dünən