Bakı metrosunda həyəcan siqnalı işə düşüb, qatarlardan biri boşaldılıb

Bakı metrosunda həyəcan siqnalı işə düşüb, qatarlardan biri boşaldılıb

"Bakı Metropoliteni" QSC-nin qatarlarının birində qatar təcili boşaldılıb. 

"Report" xəbər verir ki, hadisə bu gün 18:50 radələrində metronun "Elmlər Akademiyası" stansiyasında baş verib.

Belə ki, "Həzi Aslanov - Dərnəgül" istiqamətində hərəkət edən qatarın nasazlıq nəticəsində qapıları bağlanmayıb. Daha sonra isə sərnişinlərdən qatarı tərk etmək tələb olunub. Boşaldılan qatar Depoya yola salınıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında faktı təsdiq edib:

"Hadisə sərnişinlərdən birinin vaqonda olanda yalnız fövqəladə hallar zamanı sıxılması nəzərdə tutulan düyməni sıxması səbəbindən baş verib. Təlimata görə, stansiyada qatar boşaldılıb. Artıq növbəti stansiyada qatara baxış keçirilib və heç bir problem aşkar olunmayıb. Bu səbəbdən də "İnşaatçılar" stansiyasında qatara yenidən sərnişinlər mindirilib. Hadisə nəticəsində qrafikdə heç bir gecikmə olmayıb".

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə