Ərdoğan Merkel ilə görüşdü - YENİLƏNİB 3, VİDEO

Ərdoğan Merkel ilə görüşdü - YENİLƏNİB 3, VİDEO
İki lider regionda baş verən gərginlikləri müzakirə etdi

R.Tayyib.Ərdoğan və Angela Merkel heyətlərarası görüşdən sonra mətbuat konfransı keçirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel mətbuata açıqlamalar verib.

"Türk-Alman Universitetinin rəsmi açılışını etdik. Xüsusilə Liviya və Suriyadakı regional inkişaf haqqında fikir mübadiləsi apardıq . Ölkələrimiz arasındakı köklü dostluq əlaqələrinin davam etdirilməsinin, Türkiyə və Almaniyanın yanında bölgəmizin də mənfəəti olması mövzusunda həmfikirik. İqtisadiyyat, ticarət, investisiya, enerji və turizm sahələrində mövcud əməkdaşlığımızı daha da inkişaf etdirmək əzmindəyik. Bərpa olunan enerji, rəqəmsallaşdırma və süni intellekt sahəsində ciddi potensialımız var", deyə Türkiyə prezidenti bildirib.

***

18:41

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkel ilə görüşüb.

Görüş 1 saat yarım davam edib və nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

R.Tayyib.Ərdoğan və Angela Merkelin heyətlərarası görüşdən sonra mətbuat konfransı keçirəcəyi gözlənilir.

***

16:06

Ərdoğanın Merkel ilə görüşü başlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula gələn Almaniya Kansleri Angela Merkel artıq İstanbuldadır.   

Hər iki lider təkbətək görüşdən əvvəl Alman məktəbinin açılışını edib.   

Açılış mərasomindən sonra Türkiyə prezidenti ilə Almaniya kanslerinin görüşü başlayıb.   

Görüşdə ikitərəfli münasibətlər, Liviya və Suriya münaqişələri müzakirə ediləcək.

Görüşdən sonra hər iki liderin mətbuata ortaq açıqlaması olacaq.

REAL-ın TÜRKİYƏ bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə