Bakı-Moskva: Mədəniyyətlərin dialoqu (VİDEO)

Bakı-Moskva: Mədəniyyətlərin dialoqu (VİDEO)
Konfrans iştirakçıları H.Əliyev və M.Maqomayevin məzarını ziyarət etdi

Mədəniyyət Nazirliyi, Moskva Hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans keçirilir.Konfransdan öncə Rusiya nümayəndə heyətinin üzvləri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu öndərin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.Mərasimdə Moskva Hökumətinin naziri, Moskva şəhəri Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Moskva Müzikl Teatrının bədii rəhbəri Mixail Şvıdkoy, TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Rusiyadan gəlmiş digər qonaqlar iştirak ediblər.

Qonaqlar Fəxri xiyabanda dünya şöhrətli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin də xatirəsini yad ediblər. Sənətkarın məzarı üstünə tər çiçəklər qoyulub.

"Heydər Əliyev hələ Sovet vaxtında Azərbaycanla Rusiya arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə və mehriban qonşuluq münasibətlərinin yaranmasına xüsusi diqqət yetirirdi. Əsasən də mədəniyyətlərarası dialoqun, iqtisadi əlaqələrin möhkəmləndiriməsi məsələsinə. Elə bu gün də iştirak etdiyimiz Bakı-Moskva mədəniyyətlərarası dialoq forumunda gördüklərimzi bir daha sübüt edir ki, Heydər Əliyevin ideyaları hələ də yaşayır. Bu gün burda Rusiyanın mədəniyyət və ictimaiyyət xadimlərindən ibarət nümunəvi nümayəndə heyəti iştirak edir. Onu da deyim ki, Azərbaycan hər zaman səmimi və qonaqpərvər münasibəti ilə seçilib.Azəayrbcanın mədəniyyət nazirliyi, digər nazirliklər və bakı şəhər icra hakimiyyəti dialoq ən yüksək səviyyədə keçirilməsi üçün səylər göstərirlər.Qeyd edim ki, burada çoxlu görüşlər keçiriləcək. Rusiya nümayəndə heyyəti arasında olan alimlər, görkəmli mədəniyyət xadimləri, millət vəkilləri bu dialoqun hər iki ölkə üçün böyük məna kəsb etdiyini bildirilər. Və mən əminəm ki, bu birinci görüş deyil", deyə Tass İnformasiya Agentliyinin Baş Direktorunun 1-ci müavini Mixail Qusman bildirib.

"Bizim üçün bu dialoq çox vacibdir. Çünki bu gün biz nəinki əlaqələrimizi, hətta ölkələrimizi, şəhərlərimizi birləşdirən ciddi, zəngin, qarşılıqlı, mədəni tarixə malikik. Biz tək keçmişdəki uğurlarımızla qürur duymamalıyıq. Biz həm də bu günki əlaqələr, gələcək üçün atacağımız addımlara diqqət yetirməliyik. Mədəniyyət, incəsənət sahələrində demək olar ki, eyni problemləri yaşayırıq. Düşünürəm ki, qarşılıqlı əməkdaşlıq sayəsində daha çox təcrübə qazana bilərik. Yaxın münasibətlərimiz sayəsində biz bir-birimizə problemləri aradan qaldırmağa kömək edə bilərik. Bunu qəbul etməliyik ki, biz yalnız nəsil dəyişikliyini yaşamırıq. Müasir auditoriyaya birbaşa təsir göstərən yeni texnologiyalar bizim yeni izləyicilər, yeni dinləyicilərimizin yaranması anlamına gəlir. Əgər biz mədəniyyət və incəsənətin dünya meqapolisinin rahatlığının bir hissəsinin olduğunu deyiriksə, onda biz işlərimizi müasir çağırışlara uyğun görməliyik. Qürur duyduğumuz klassik mədəniyyətimizi qorumaq istəyiriksə, onu müasir və gənc auditoriyaya yeni çağırışlara uyğun çatdırmalıyıq. Bütün bunları nəzərə alaraq, malik olduğumuz təcrübələri bir-birimizlə paylaşıb, problemləri aradan qaldıra bilərik", deyə Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski bildirib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə