Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana səfərə gəlib

Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana səfərə gəlib

Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua Azərbaycana işgüzar səfərə gəlib. 

“Report” xəbər verir ki, o, Bakıda olduğu müddətdə Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev, baş katibi Cəlil Cəfərovla və AVF nümayəndələri ilə görüşlər keçirib.

Yığıncaqda bir sıra mövzulara toxunulub. Əsas müzakirə mövzusu isə Gürcüstan klublarının Azərbaycan çempionatında iştirak məsələsi olub. Qonaq Super Liqada, bu mövsümdən isə Yüksək Liqada da oynayacaq qonşu ölkə komandalarının Azərbaycanda böyük təcrübə topladıqlarını vurğulayıb. O, yarışın daha da kütləviləşməsi üçün Gürcüstanda da hansısa turun, yaxud yarımfinal matçının keçirilməsini təklif edib.

Onun təklifi müsbət qarşılanıb. Qərara alınıb ki, Azərbaycan klubları da rəqibləri ilə səfərdə oynasın. Nəticədə gürcüstanlı azarkeşlər də Azərbaycan çempionatında olacaq maraqlı görüşləri canlı izləmək imkanına yiyələniblər.

Hansısa turun və ya yarımfinal oyunlarının qonşu ölkədə keçiriləcəyi tarix tezliklə açıqlanacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə