Putin 15 il əvvəl dəfələrlə Azərbaycana niyə gəlmişdi?

Putin 15 il əvvəl dəfələrlə Azərbaycana niyə gəlmişdi?
Vahid Əhmədov Moskvanın Bakıya etdiyi təzyiqlərdən danışdı

TANAP layihəsinin həyata keçirilməsində çox ciddi maneələr yaradılmışdı. 2003-2004-cü illərdə Rusiyanın prezidenti, baş naziri, “Qazprom” şirkətinin prezidenti dəfələrlə Azərbaycana gəlmişdi.

Bu barədə Real-a müsahibəsində millət vəkili Vahid Əhmədov danışıb.

Millət vəkili bildirdi ki, səfərlərin məqsədi bundan ibarət idi ki, Azərbaycan qazı Rusiya kəmərləri vasitəsilə Avropaya çıxarılsın.

“Rusiya Avropa qaz bazarında öz hegemonluğunu saxlamaq istəyirdi. Cənab prezident isə buna etiraz etmirdi. Deyirdi ki, Azərbaycan qazını hansı dövlət baha qiymətə alacaqsa, biz də ona satacağıq. Azərbaycana çox təzyiqlər göstərdilər. Bu gün bu layihənin reallaşmasında Azərbaycan prezidentinin mövqeyi böyük rol oynayıb. Faktiki olaraq siyasi iradəsini ortaya qoydu və dedi ki, Azərbacyan qazı Gürcüstan, Türkiyə ərazisi ilə Avropaya çıxarılacaq”, - deyə Vahid Əhmədov bildirdi.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə