Bilet satışında yenilik - VİDEO

Bilet satışında yenilik - VİDEO
Ölkədaxili səyahətlərə 1 ay əvvəldən bilet almaq mümkündür

ADY QSC-nin mətbuat katibi Natəvan Bayramova qeyd edib ki. 2019-cu ilin yay aylarından sərnişinlər beynəlxalq istiqamətlərə biletləri 1 ay əvvəldən əldə edə bilirdilər:

"Yerli istiqamətlərdə də Azərbaycan Dəmir Yollarının xidmətindən istifadə edən sərnişinlərin xidmət keyfoyyətinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır. Sərnişinlərin artıq 10 gün əvvəldən almaq istədikləri biletləri 1 ay əvvəldən almaq mümkün olacaq. Yerli istiqamətlərədə də sərnişinlər bu üstünlüklərdən yararlanacaqlar. Bu tələbatdan irəli gəlir. Xüsusilə də bayram günlərində sıxlıq yaranır, sərnişin sayı çoxdur. Bu kassalarda qismən də olsa növbələrin qarşısını almağa xidmət edir. Bu üstünlüyün yaradılması Azərbaycan Dəmir Yollarında texniki imkanların təkmilləşdirilməsi, onlayn məsələlərin daha mükəmməl səviyyədə həyata keçirilməsi, proqram təminatının yenilənməsi bu işi həyata keçirməyə şərait yaratdı", deyə ADY QSC-nin mətbuat katibi bildirib.

Digər xəbərlər
Bu gün
Dünən