İçərişəhərdə qəzalı binalarla bağlı - AÇIQLAMA

İçərişəhərdə qəzalı binalarla bağlı - AÇIQLAMA

"Qoşa Qala Qapı və Qoşa Qala Portalının bərpa-restavrasiya işləri də 2019-cu ilin oktyabrında tamamlanıb".

Bunu "İçərişəhər" DTMQİ-nin idarə heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.

"Burada da tərəfdaşımız Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətidir. Hansı ki, son 10 il ərzində İçərişəhərdə Qız Qalası, Şivanşahlar sarayı, Bəylər məscidi kimi layihələri işləyiblər. Digər lahihələrdən qəzalı binaların bərpa-konservasiya işləridir. Qəzalı olan binaların bərpası 2018-ci ilin əvvəlində başlayıb. Bu ilin sonunda bərpasını planlaşdırmışıq. Qəzalı binalarda 17 ailə yaşayır. Ötən il kiçik qala küçəsində qala divarları boyunca yerləşən kafe və restoranların təmiri də aparılıb. Onlar köhnə taxta konstruksiyalrdan ibarət idi. Onları müasir, yeni metal şüşəli konstruksiyalarla əvəz etdik. Keçən ilin iyulunda iaşə pbyektləri öz fəaliuyyətlərini bərpa ediblər.

Qoruq ərazisində Mənzil Fondunun cari təmiri çərçivəsində 104 ünvanda təmir-bərpa işləri aparılıb. Eyni zamanda 220 kv.metr çəmən salınıb, il ərzində 165 metr su xətti 330 metr elektrik xətti çəkilib, 1738 kv.metr yol örtüyü dəyişdirilib", deyə Əsgər Ələkbərov bildirib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə