BNA-dan yenilik - VİDEO

BNA-dan yenilik - VİDEO
Daha 4 yol kəsişməsində işıqforlarda dəyişiklik edilib

Paytaxtın küçə və propektlərində nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə işıqforların vaxt planlarının təhlili və nəqliyyat axınına uyğun olaraq dəyişdirilməsi işləri həyata keçirilir.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirdi ki,bu çərçivədə daha 4 yol kəsişməsində müəyyən işiqforların iş rejimində dəyişikliklər edilib.

Müsahib onuda qeyd edib ki, paytaxt yollarında sıxlıqın və tıxacın aradan qaldırılması istiqamətində BNA mühüm tədbirlər görəcək.

***

10:10

Bəzi işıqforların iş rejimi dəyişdirilib

Bakı Nəqliyyat Agentliyi paytaxtın 4 yerində - yol kəşişməsində yerləşən işıqforların iş rejimini dəyişdirib. 

Məlumata görə, dəyişikliklər aşağıdakı kimidir: 

1.Ziya Bunyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb;

2.Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb;

3.Həsən bəy Zərdabi küçəsinin İsmayıll Talıblı küçəsi ilə kəsişməsində svetoforun vaxt planına dəyişiklik edilib;

4.İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağ dönmə bölməsi çıxarılıb.

İlkin müşahidələrə əsasən, qeyd edilən dəyişikliklər qeyd edilən yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşmasına səbəb olub, nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə