Silah gəzdirən şəxs saxlanılıb - VİDEO

 Silah gəzdirən şəxs saxlanılıb - VİDEO
Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

Bakı şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

Belə ki, Baş İdarəyə Sabunçu rayonu Bakıxanov qəsəbəsində Ramil adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs, paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Həsənov tutularaq Baş İdarəyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” markalı silah, ona məxsus daraq və 7 ədəd patron aşkar olunaraq göyütülüb.

Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı tapdığını və polisə könüllü təhvil vermək əvəzinə üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər