“Azəriqaz” Maştağada reyd keçirib - VİDEO

“Azəriqaz” Maştağada reyd keçirib - VİDEO
Reyd zamanı qaz xəttinə qanunsuz qoşulma halları qeydə alınıb

Yəqin ki, çoxlarınız işıq, su, qaz sayğacına müdaxilə və ya qanunsuz istifadə halları ilə rastlaşmısınız.

Bununla bağlı əlaqədar qurumlar mütəmadi olaraq reydlər həyata keçirsələr də bəzi vətəndaşlar öz çirkin əməllərindən çəkinmirlər.

Bu dəfəki sujetimiz əhaliyə verilən təbii qazdan qanunsuz istifadə edənlər haqqında olacaq. Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində təbii qazdan qanunsuz istifadə halı aşkar olunub. AZƏRİQAZ İB-nin əməkdaşları qəsəbəyə gələrək qaz xəttinə qanunsuz qoşulmaların qarşısını almaq məqsədilə hərəkətə keçiblər. Keçirilən reyd zamanı mavi yanacağın ağlasığmaz üsullarla oğurlanması faktının şahidi olduq, sakinlərin bəziləri qaz xəttini yerin altı ilə, bəziləri isə qaz borularını saxlayan dayaqların içərisindən keçirməklə istifadə qaydarını pozub. Elə bu məqsədlə də birliyin əməkdaşları həmin bu borulardan deşik açaraq onun içərisindən əlavə qaz xəttinin keçib keçməməsinə nəzarət edirlər. Onlar əhali tərəfindən qoşulmuş qanunsuz xətləri kəsərək, qaynaq ediblər.

AZƏRİQAZ İB-nin Bakı regional satış departamentinin rəisi Zehin Rəsulov bildirir ki, sakinlər yeni quraşdırılmış müasir elekton sayğaclardan istifadə edə bilməmələri ilə öz hərəkətlərinə bəraət qazandırırlar. Buna görə qəsəbədə elekron qaz sayğacları sökülərək mexaniki sayğaclarla əvəz olunur.

Onun sözlərinə görə bir neçə gün əvvəl quraşdırılan mexaniki sayğaclara da müdaxilə halları qeydə alınır. Zehin Rəsulov bildirir ki, hər ay təxminən qəsəbədə 450-500 müdaxilə halları müşahidə olunur, hətta bəzən iki və ya üç qonşu birləşərək bir yerdən qanunsuz qoşulma həyata keçirir və gələn qazı öz aralarında bölüşdürürlər bu da, digər abonentlərin mavi yanacağı normal təzyiqdə ala bilməməsinə səbəb olur.

Təbii qazdan bu şəkildə istifadə sonradan qaz sızması nəticəsində baş verən zəhərlənmələrə, evlərdə partlayışlara və digər bədbəxt hadisələrə yol açır.

Qaz xətinə müdaxilə olunub qaz oğurlayan şəxslər barəsində hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Bu cür hallarla qarşılaşan abonentlər AZƏRİQAZ İB-nin 104185 qaynar xələrinə zəng vurub məlumat verə bilərlər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə