Millimiz italiyalılara tapşırılıb

Millimiz italiyalılara tapşırılıb
Seçməmizin ilk iki oyununun hakimləri açıqlanıb

2020-ci il Dünya Çempionatının elit-raundunda mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin ilk iki oyunu üçün hakim təyinatları açıqlanıb. Seçməmizin Xorvatiyanın Osiek şəhərindəki “Qradsk Arena”da yerli komanda, ardınca isə Rusiya kollektivinə qarşı keçirəcəyi matçları İtaliyadan olan hakimlər idarə edəcəklər. Hər 2 görüşdə ədaləti Anxelo Qalante, Nikola Manzione və Alessandro Malfer qoruyacaq.

Xatırladaq ki, xorvatiyalılarla oyun yanvarın 29-da Bakı vaxtı ilə saat 23-də, rusiyalılarla qarşılaşma isə ertəsi gün saat 20-də başlayacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə