Pakistanda 20 yanvar hadisələrini əks etdirən rəsm sərgisi açılıb - VİDEO

Pakistanda 20 yanvar hadisələrini əks etdirən rəsm sərgisi açılıb - VİDEO
30 ilin qan yaddaşı

Pakistanda 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş rəsm sərgisi təşkil edilib. Azərbaycanın Pakistandakı səfirliyinin Preston Universiteti ilə birgə təşkil etdiyi “20 Yanvar - Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi” mövzusunda müsabiqə-sərgiyə ölkənin 20-dən artıq ali təhsil ocağının tələbələrinin və həvəskar rəssamların əsərləri təqdim olunub.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Preston Universitetinin rektoru Abdul Basit 30-cu ildönümü qeyd olunan 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik mübarizəsinin əsas mərhələsi olduğunu bildiriblər. Qeyd olunub ki, Sovet rəhbərliyinin qərarı ilə günahsız insanların, qadın və uşaqların qətlə yetirilməsi ilə tarixə qanla yazılsa da, 20 yanvar Azərbaycan dövlətinin müstəqillik yolunun açarı oldu.
Sonda rəsm müsabiqəsinin qaliblərinə və iştirakçılarına mükafatlar, sertifikatlar təqdim edilib.
Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən film nümayiş olunub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə