“Neftçi“ klubu ikinci yoxlama oyununu keçirib

“Neftçi“ klubu ikinci yoxlama oyununu keçirib

Yanvarın 20-də “Neftçi” Türkiyədəki təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, komandamız "Gloria Sports Arena”da Ukraynanın "Dinamo Kiyev” klubu ilə qarşılaşıb. Oyundan əvvəl Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və futbolçularımız meydana qara sarğı ilə çıxıblar. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Rəqibin heyətində Vitali Mikolenko (12-ci dəqiqə) və Nazari Rusin (19-cu dəqiqə), komandamızdan isə Vanqelis Platellas (69-cu dəqiqə) fərqlənib.

Qeyd edək ki, "Neftçi” sonuncu sınaq matçını yanvarın 24-ü "Arslan Zeki Spor Kompleksi”ndə digər Ukrayna klubu "Desna”ya qarşı keçirəcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə