Ağcabədidə 20 Yanvar hadisələrinin 30-cu ildönümü qeyd olunub - FOTOLAR

Ağcabədidə 20 Yanvar hadisələrinin 30-cu ildönümü qeyd olunub - FOTOLAR

Ağcabədi rayonunda Şəhidlər Xiyabanında 20 Yanvar hadisələrinin 30-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilib.

Əvvəlcə anım mərasimində Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra rayonun tam orta məktəblərinin şagirdləri 20 Yanvar şəhidlərinə həsr olunmuş əbədi –bədii kompozisiya ilə çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, saat 12:00 –da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti 20 Yanvar şəhidlərini, 1941-1945-ci illər II dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini və 31 mart Azərbaycanlıların soyqırımını özündə əks etdirən möhtəşəm abidə kompleksi önünə və Qarabağ müharibəsi şəhidlərinini qəbirləri üzərinə tər qərənfil dəstələri düzüb və onların ruhunu yad ediblər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə