Şərəf gününün bir addımlığında - VİDEO

Şərəf gününün bir addımlığında - VİDEO
30 ilin qan yaddaşı

Xalq şairi Bəxtiyar Vahabzadə 1997-ci ildə “Respublika” qəzetinə verdiyi müsahibədə deyir:

Bir qrup ziyalı - rəhmətlik İsmayıl Şıxlı, mən, Nurəddin Rzayev, Şeyxülislam Allahşükür Paşazadə və Həsən Həsənov yanvarın 17-də Əbdürrəhman Vəzirovun yanına getdik. Kabinetə girəndə Primakovla Girenkonu da orada gördük. Mən dərhal Primakovun üstünə hücum çəkdim ki, bizdən nə istəyirsiz, niyə əl çəkmirsiz? Sizə nə pisliyimiz keçib?
Bunu görən Vəzirov qalxıb məni qucaqlayıb sakitləşdirməyə çalışdı. Bu zaman Allahşükür Paşazadə məndən də kəskin şəkildə Primakova hücum çəkdi və sərt şəklidə “xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram. Düzünü de görüm, ordu şəhərə girəcək? Qırğın olacaq, ya yox?” dedi. Onlar bizi sakitləşdirməyə çalışdılar ki, qırğın olmayacaq. Amma Vəzirov bilirdi ki, şəhərə hücum olacaq. Bunu biz də hiss etdiyimiz üçün kabinetdən çıxanda Həsən Həsənov dedi ki, qırğın olacaq. Şeyx də o fikirdə olduğunu bildirdi”.

Yanvarın 18-də Moskvadan gələn nümayəndələr başda olmaqla rəhbərlik Mərkəzi Komitənin qarşısında keçirilən mitinqə gəlib və Primakov mitinqçilər qarşısında çıxış edərək deyib ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək və şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək. Eyni sözü həmin gün Sov.İKP MK milli münasibətlər şöbəsi müdirinin müavini Viçislav Mixaylov respublika televiziyası ilə çıxışında təkrar edib.

Bu zaman artıq Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş 50 minlik ordu hissələri şəhəri işğal etmək üçün hərbi hazırlıq işlərini başa çatdırmışdı. Bütün qoşun növlərindən ibarət olan hərbi hissələr, DTK-nın 7-ci idarəsinin “Alfa” qrupu müxtəlif istiqamətlərdən Bakıya doğru hərəkət üçün start vəziyyətdə idi.

Cəbhəçilərə isə konkret xəbərdarlıq olunmuşdu ki, hər an silahdan istifadə edilə bilər:

Qəzetlər isə hələ bu təhlükədən xəbərsiz idilər. Bu Qızıl Orduya inamdan irəli gəlirdi, ya məlumatsızlıqdan, sualın cavabı bu gün də naməlumdur. Qəzetlərə baxaq…

Bakinskiy raboçiy qəzeti Karamel qıtlığından, Moskvada keçirilən qlobal forumdan, Vışka qəzeti bakı neftindən, Azadlıq qəzeti -azadlığa gedən çətin yoldan, Azərbaycan gəncləri qəzeti isə Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi baqa rayonlarda fövqaladə vəziyyət elan edilməsi haqqında SSRİ Ali Sovetinin rəyasət heyyətinin fərmanından yazır.

Azərbaycan qəzeti Ermənistandan departasiya olunmuş və xanlar rayonunun quşçular kəndində məskunlaşmış 75 ailənin müraciətindən. O ailələr yazırdı ki, Quşçu-Armavir kəndinə gedən yol bağlıdır. Heç bir nəqliyyat işləmir. Xalq aclıq və susuzluq içindədir. Yeni ildə adi şrba bişrmək üçün nə bir qram yağ, nə də uşaq başı aldatmağa bir konfet var.

Əvəzində isə onları hər addımda gözləyən ölüm, qan-qada var. Ermənilər kənddə 6 evi yandırıb, 2-ni partladıb, 12 nəfər güllə yarası alıb, bir nəfər ölüb.

Xocalıdan hazırlanan reportaj, Lənkəranda, Bakıda baş verənlər də.
Bütün bunlar yaşanacaq faciənin sanki anonsu idi.

Diqqətimi çəkən məqamlardan biri bütün qəzetlərdə tirajlanan eyni məlumat oldu. Bu şayiələr və həqiqətlər başlığı ilə çap olunan azərinformun rəsmi məlumatı idi. Xəbərdə Azərbaycanda vəziyyətin gərginləşməsi ilə əlaqədar respublika hərbi komissarlığının ehtiyatda olan hərbi qulluqçuların ümumi hərbi səfərbərliyinin keçrilməsi ilə bağlı yayılan məlumatın şayiə olduğu deyilirdi. Yəni Bakı ətrafında toplanan ordunun paytaxta daxil olmasına heç bir maneə yox idi. Beləliklə misli görünməyən qırğına saatlar qalmışdı…

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə