MİDA-da 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirildi - VİDEO

MİDA-da 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirildi - VİDEO
30 ilin qan yaddaşı

Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirildi.

Tədbirdə çıxış edən Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov 20 Yanvar hadisələrini bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu bildirildi.

Tədbirdə həmçinin qeyd edildi ki, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlanılır. Hər il qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur.

Tədbirin sonunda Real TV tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinə həsr olunan “İnam və iman günü” adlı sənədli film nümayiş etdirildi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə