Metroda fotosərgi - VİDEO

Metroda fotosərgi - VİDEO
Sərgi 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub

Bakı Metropoliteni QSC-nin 20 Yanvar metrostansiyasında qanlı tarixin 30-cu il dönümü ilə əlaqədar fotosərgi təşkil olunub.

Fotosərgidə hamin qanlı gecədə baş vermiş faciələri kadrlara həkk edən fotoqrafların 50-dək əsəri nümayiş olunub. Həmçinin 20 Yanvar metrostansiyasında platformalarda Ümumxalq hüzn gününün ab-havasına uyğun olaraq qərənfil gülləri ilə bəzədilib.

Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov bildirdi ki, 19-dan 20-nə keçən gecə Bakı Metropoliteni səhərə kimi xidmət göstərərək, insanların həmin güllə-borandan sığınacaq yeri, yaralıların ilkin tibbi yardım və xəstəxanalara vaxtında çatdırıldığı əsas nəqliyyat dəhlizi oldu.

Həmçinin sərgidə Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlunun sözlərinə qeyd etdiki, sərgilənən fotoların 85%-i Azərbaycan Fotoqraflar Birliyinin arxivinə məxsusdur.

Qeyd edək ki, tariximizin şəhid qanı ilə yazılan səhifələrindən biri 1990-cı ilin 20 Yanvar gecəsini Azərbaycan xalqı böyük ehtiram və dərin hüznlə yad edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə