Zoomarketə silahlı basqın olub - FOTO, VİDEO, YENİLƏNİB

Zoomarketə silahlı basqın olub - FOTO, VİDEO, YENİLƏNİB
Cinayəti törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən zoomarketə basqın olub.

Daxili İşlər Nazirliyindən REAL-a verilən məlumata görə, naməlum şəxslər mağazanın sahibi H.Babayevə bıçaqla xəsarət yetirərək onun cibində olan 14000 manat pulu ələ keçiriblər. Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən iki nəfər paytaxt sakini Ehtiram Əliyev və Ələsgər Əliyev qısa zamanda tutulublar. Qeyd edək ki, E.Əliyev əvvəllər həmin zoomarketdə işləyib. Hadisədən sonra hər iki şəxs Biləsuvar rayonuna qaçsa da polislər onların izinə düşə biliblər.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə