EIA Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

EIA Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) bu il Azərbaycanda gündəlik neft hasilatının 760 min barel, 2021-ci ildə isə 740 min barel olacağını proqnozlaşdırır.

“Report” hesabata istinadən xəbər verir ki, bu, 2019-cu ilin (790 min barel/gün) göstəricisindən müvafiq olaraq 3,8% və 6% azdır.

Hesabata əsasən, 2020-ci ilin I rübündə gündəlik neft hasilatının həcmi 780 min barel, II rübündə 770 min barel, III rübündə 750 min barel, IV rübündə 760 min barel olacağı gözlənilir.

2021-ci ilin I rübündə gündəlik neft hasilatının 750 min barel, digər rüblərdə isə 740 min barel olacağı proqnozlaşdırılır. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə