Bakı Nəqliyyat Agentliyi “Qala Sığorta”nı keçirdiyi 4 tenderin qalibi elan edib

Bakı Nəqliyyat Agentliyi “Qala Sığorta”nı keçirdiyi 4 tenderin qalibi elan edib

“Qala Sığorta” ASC Bakı Nəqliyyat Agentliyinin elan etdiyi 4 açıq tenderin qalibi olub.

“Report” xəbər verir ki, bununla bağlı tərəflər arasında imzalanmış müqavilələrin ümumi dəyəri 3,818 milyon manatdır.

Belə ki, Agentlik avtonəqliyyat vasitələrinin könüllü sığortası üçün 3,216 milyon manat, avtonəqliyyat vasitələrinin (avtobuslarının) sahiblərinin mülki məsuliyyyətinin könüllü sığortası üçün 52 min manat, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası üçün 60 min manat, əmlakının yanğın və digər əlavə risklərdən könüllü sığortası üçün isə 490 min manat sığorta haqqı ödəyib. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə