İmişlidə avtomobil su kanalına düşüb - Ölənlər var, YENİLƏNİB

İmişlidə avtomobil su kanalına düşüb - Ölənlər var, YENİLƏNİB

İmişli rayonunda avtomobilin su hövzəsinə düşməsi nəticəsində dünyasını dəyişənlərdən daha birinin şəxsiyyəti məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtomobilin sürücüsü, İmişli rayonu Yalavac kənd sakini, 1988-ci il təvəllüdlü Mirzəyev Zaur Maarif oğlunun meyiti su hövzəsindən çıxarılıb.

Qeyd edək ki, hadisə zamanı avtomobildə 4 nəfər olub. Onlardan 2-si xilas edilib.

***

08:00

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun 3-cü kilometrliyində, rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Yalavac kənd sakini, 1988-ciil təvəllüdlü Mirzəyev Zaur Maarif oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və avtomobil yoldan çıxaraq su kanalına aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin rayonun Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədov Nicat Seyidəli oğlu suda boğulub. 

Avtomobildə olan digər 2 sərnişin Yalavac kənd sakinləri - 1994-cü il təvəllüdlü Mustafayev Elvin İslam oğlu və 1991-ci il təvəllüdlü Mehdiyev Eldəniz Ədalət oğlu müxtəlif xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə