Balakəndə sistem köçürülən məktəbli komaya düşərək öldü

Balakəndə sistem köçürülən məktəbli komaya düşərək öldü

Balakəndə məktəbli ölüb.

REAL APA-ya istinadla xəbər verir ki, hadisə yanvarın 13-ü Balakən şəhərində qeydə alınıb. Şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov bir neçə gün əvvəl soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada T. Mahatov müayinə edilib və ona sistem vurulub. Sistem köçürüldükdən sonra T. Mahatovun ürək döyüntüləri artmağa başlayıb. T. Mahatovun vəziyyəti pisləşdiyi üçün onu təcili Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarı verilib. 10 yaşlı T. Mahatov Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan müdaxilələrə baxmayaraq T. Mahatov Şəki RMX-da ölüb.

Qeyd edək ki, T. Mahatov 3-cü sinif şagirdi olub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə