Xavinin "Barselona"da işləməkdən imtina etməsinin səbəbi açıqlanıb

Xavinin

İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Xavi Ernandesin komandada işləməkdən imtina etməsinin səbəbi açıqlanıb.

"Report"un "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, buna 40 yaşlı mütəxəssisin Kataloniya təmsilçisində öz layihəsini sıfırdan qurmaq istəyi səbəb olub.

Həmçinin uğursuz nəticələrdən sonra "Barselona"nın baş məşçqçi vəzifəsinə gətirilməsini istəməyən ispaniyalı məşqçi eyni zamanda komandanı mövsümün əvvəlindən çalışdırmaq niyyətində olduğunu bildirib. 

İspaniya millisinin sabiq üzvünün "Barselona"nın təklifini qəbul etməməsində hazırda baş məşqçisi olduğu Qətərin "Əl-Sədd" klubunda titul qazanmaq istəyinin də böyük rol oynadığı müəyyən edilib. "Barselona" rəsmiləri ilə görüş ərəfəsində Xavinin komandası Qətər kubokunda "Əl Rayyan" klubu ilə görüşürdü. Həmin matç "Əl Sədd" klubunun 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə