Qarabağda gərginlik başladı - VİDEO

Qarabağda gərginlik başladı - VİDEO
Separatçı lider Bako Saakyan rəsmi İrəvandan kömək istəyib

İşğal edilmiş Dağlıq Qarabağda vəziyyət gərgin olaraq qalmaqda davam edir. Erməni KİV ləri xəbər verir ki, separatçıların liderləri vəziyyətdən necə çıxacaqlarını bilmir və İrəvandan kömək istəyirlər.

Xatırladaq ki, qondarma "DQR"də vəziyyət Milli Təhlükəsizlik Xidməti (erməni xüsusi xidmət orqanları) xüsusi təyinatlı yerli dəstəsi üzvlərinin Xankəndinin küçələrindən birində iki nəfəri döyməsindən sonra kəskinləşib.
Etiraz edənlərin nümayəndələri ultimatum irəli sürüblər və güc strukturları rəhbərlərinin danışıqsız istefasını tələb edirlər.

Qondarma “DQR” “baş naziri”nin müavini olmuş və hazırda Bako Saakyanın məsləhətçisi işləyən Artur Aqabekyan təcili bəyanatla çıxış edərək, Ermənistan hakimiyyətini Qarabağa nümayəndə heyəti göndərməyə çağırıb.

“Düşünürəm ki, Qarabağda MTX başçısı general Arşavir Karamyanın rolu haqda, xüsusən də, aprel günlərindən sonra, çoxları bilirlər. Yeni təhlükəsizlik kompleksinin yaradılması və idarə olunması üçün məsuliyyəti məhz o öz üzərinə götürdü. Əminəm ki, aksiya iştirakçılarının çox hissəsi də bundan xəbərdardır, amma bu gün istefa tələbi ilə çıxış edir. İnsan ağlını itirə bilər. Özünüzə gəlin, cənablar, hələ ki gec deyil, özünüzə gəlin. Ermənistan hakimiyyəti isə rəsmi mövqeyini mümkün qədər tez bildirməli və Qarabağa təcili nümayəndə heyəti göndərməlidir", - deyə Aqabekyan vurğulayıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə