İsraildə növbəti mükafat - FOTOLAR

İsraildə növbəti mükafat - FOTOLAR
T.Babayev birinciliyinin “kiçik” bürünc medalını qazanıb

İsraildə 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi yekunlaşmaq üzrədir. Eylat şəhərində reallaşan yarışda millimizin üzvləri uğurlu çıxışlarını davam etdirirlər.

Yaşı 17-yə qədər olan atletlərdə 96 kq çəki dərəcəsində qüvvəsini sınayan Tarmenxan Babayev aktivinə kiçik bürünc medal yazdırıb. Birdən qaldırma hərəkətində 145 kq nəticə ilə 4-cü pillədə qərarlaşan atletimiz təkanla qaldırmada daha yaxşı çıxış edib. O, 181 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin üçüncüsü olub. Toplam 326 kq nəticə göstərən Babayev yekun sırlamada 4-cü yeri tutub.

Xatırladaq ki, bunadək Elşən Məmmədov yaşı 15-ə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində təkanla qaldırmada 129 kq-ı ram edərək üçüncü yerə çıxıb. 2 hərəkətin cəmində 235 kq nəticə göstərən Elşən yarışın qalibi olub.

Nurlan Məmmədzadə yaşı 15-ə qədər olan atletlərdə 73 kq çəki dərəcəsində 2 medalı boynundan asıb. Yekunda 260 kq-ın öhdəsindən gələrək birinciliyi 2-ci pillədə bitirən Nurlan, təkanla qaldırmada 145 kq nəticəylə “kiçik” qızıla yiyələnib.

Yaşı 15-ə qədər olan atletlərdə 76 kq çəki dərəcəsində Rahilə Hüseynova 2 mükafata layiq görülüb. Rahilə təkanla qaldırmada 2-ci olub. Toplam 172 kq nəticə göstərən Hüseynova fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Yaşı 17-yə qədər olan atletlərdə 67 kq çəki dərəcəsində yarışan Rüstəm Qasımov təkanla qaldırma hərəkətində 144 kq nəticə göstərərək “kiçik” bürüncə sahib çıxıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə