Məişət zorakılığı - VİDEO

Məişət zorakılığı - VİDEO
Zərər çəkən şəxslərə hüquqi yardım ediləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkən şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma memorandumu imzalanma mərasimi keçirildi.

Tədbirdə şıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Komitəyə daxil olan müraciətlərə əsasən aztəminatlı və həssas qrupdan olan ailələr, şəxslər üçün hüquqi yardımın alınmasının bir sıra çətinliklər yaratdığını vurğuladı. O, bildirdi ki, onların bu sahədə bilik və bacarıqları olmadığından öz hüquqlarını qoruya bilmirlər.

Tədbirin sonunda AQUPDK sədri Hicran Hüseynova, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov və BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Qulam İshaqzai Memorandumu imzaladı.

Qeyd edək ki, təşəbbüs bu həftə başa çatan qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunan 16 Günlük Fəallıq kampaniyasının icrası çərçivəsində irəli sürülüb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə