“EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib

“EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev “EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla yenidən görüşüb.

"Report"un xəbərinə görə, hazırda “EuroHome” ticarət mərkəzinin sahibi ilə yanğından zərərçəkən sahibkarlar arasında təkrar görüş keçirilib.

Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.

Bildirilib ki, hazırda dəymiş ziyan müəyyən edilir və sahibkarlara ödəniləcək kompensasiya şərtləri müzakirə edilir.

Qeyd edək ki, baş vermiş yanğın, ümumilikdə, 21.000 kv.m sahəni əhatə edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə