Həştərxanın Qubernatoru Bakıdadır - VİDEO

Həştərxanın Qubernatoru Bakıdadır - VİDEO
İ.Babuşkin ölkə rəsmiləri ilə iqtisadi münasibətləri müzakirə edəcək

Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycana səfərdə gəlib.

Səfər çərçivəsində qonaq hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Həmçinin vilayət başçısı Bakıda Həştərxan İşgüzar Mərkəzinin tikintisi ilə tanış olUB, Bakı-Həştərxan dostluq parkına baş çəkİb, orada ağac əkib.

Bundan əlavə, İ.Babuşkin Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevlə görüşüb. Görüşdə əməkdaşlıq müzakirə olunub.

Bu görüşdən əlavə həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərləri ilə danışıqlar aparacaq, İqtisadiyyat Nazirliyində ikitərəfli əməkdaşlığa dair müşavirədə iştirak edəcək.

Danışıqlar zamanı iqtisadi-ticarət əməkdaşlığın və nəqliyyat əlaqələrinin genişləndirilməsi, turizm, təhsil, mədəniyyət sahələrində təmasların artırılması kimi məsələlər müzakirə olunacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə