Onlar da hər kəs kimi eşidə bilir - VİDEO

Onlar da hər kəs kimi eşidə bilir - VİDEO
H.Əliyev Fondunun dəstəyi ilə eşitmə qüsurlu uşaqlar əməliyyat olunub

Fariq Xudiyev anadangəlmə nitq və eşitmə qüsurludur.

O, üç yaşına kimi müayinə və müalicə edilsə də, nəticə əldə olunmayıb. Fariqin danışıb eşidə bilməsi üçün əmliyyata ehtiyacı var idi. Amma Xudiyevlər ailəsinin buna maddi vəziyyəti imkan verməyib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Fariq koxlear implantasiya əməliyyatı olunub.

Hazırda Fariqin 7 yaşı var. Onun eşitməsi bərpa olunub, qulağına implant taxılıb

Anadangəlmə eşitmə qüsuru olan koxlear implant əməliyyat keçirən digər azyaşlı uşaqlar da artıq hər kəs kimi danişa, eşidə bilirlər.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycanda həyata keçirilən koxlear implantasiya zamanı əməliyyat olunnan azyaşlılar hazırda reabilitasiya kursu keçirlər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə eşitmə qüsurlu şəxslər, xüsusən də azyaşlılar arasında “Koxlear implantasiya” proqramı çərçivəsində paytaxt və regionlardan eşitmə qüsurlu şəxslərin pulsuz müayinələri aparılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılan proqramın icrası üzrə yerli və xaricdən dəvət olunan mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə