DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi mü­nasi­bətlərin inki­şafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin və Azərbaycana turist axının genişlənməsi ilə əlaqədar ölkəə gələn və gedən şəxslərin və nəqliy­yat vasitə­lə­rinin sayı­ əhə­miy­yətli dərəcədə artıb.  

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dövlət sər­hədindən keçən şəxslərin sayı 13%, nəqliyyat vasitələrinin sayı isə 12% çox olub. 

Bildirilib ki, belə bir şəraitdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəza­rətinin əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləş­diril­məsi, döv­lət sərhədindən keçənlərin sərhəd nəzarətinin effek­tiv­liyindən məmnuniyyətlərinin yüksəldilməsi, şəxslər və nəq­liyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azal­dılması və sürətli keçidi­nin təmin olunması istiqa­mətində mühüm işlər görülmüş, 1 şəxsin sərhəd keçmə pro­sedur­larının rəs­miləş­diril­məsinə 1 dəqiqədən az vaxtın sərf edil­mə­sinə nail olun­ub. 

Respublikamıza turist axınının artırılması üzrə ardıcıl və məq­səd­yönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində dekabr ayının 11-də ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınmışdır. Həmin şəxs Ankara-Bakı reysi ilə uçub gəlmiş Türkiyə vətəndaşı Seda Ünlü olmuşdur. Sərhədçilər tərəfindən gül dəstəsi və simvolik hədiy­yələr ilə qarşılanan xarici qonağımız bu xoş sürprizdən çox məmnun olmasını söyləmiş və öz minnətdarlığını bildirmişdir. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə