SOCAR-ın I vitse-prezidenti: “AÇG-dən indiyədək 291 mln. ton mənfəət nefti satılıb”

SOCAR-ın I vitse-prezidenti: “AÇG-dən indiyədək 291 mln. ton mənfəət nefti satılıb”

İşlənmənin əvvəlindən Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 498 mln. ton neft və 164 mlrd. kubmetr qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Xalq qəzeti”nə müsahibəsində məlumat verib.

“Artıq 20-ci ildir ki, “AzəriÇıraq-Günəşli” yataqları layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından “mənfəət nefti” xarici bazarlara çıxarılır. 2019-cu il dekabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 291 mln. ton “mənfəət nefti” satılıb ki, bu da çıxarılan neftin 58,5 faizindən çoxdur”,- X. Yusifzadə qeyd edib.

O, həmçinin bildirib ki, dekabrın 1-dək dünya bazarlarına, 555 mln. ton Azərbaycan neft çıxarılıb ki, bunun da 396 mln. tonu BTC ilə nəql edilib. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə