Bu gün Kiyevdə GUAM dövlət başçılarının sammiti keçiriləcək

Bu gün Kiyevdə GUAM dövlət başçılarının sammiti keçiriləcək

Bu gün Ukraynanın paytaxtı Kiyevdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) hökumət başçılarının sammiti keçiriləcək.

Görüşün əsas mövzusu ticarət və nəqliyyatın asanlaşdırılması üçün GUAM-ın əsas layihələrinin həyata keçirilməsində dövlət-özəl tərəfdaşlığı olacaq. Sammitdə Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini Əli Əhmədov rəhbərlik edəcək.

Görüşdən sonra protokol sənədlərinin imzalanması gözlənilir.

Xatırladaq ki, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın yaradılması haqqında bəyannamə və onun Nizamnaməsi 2005-ci ildə imzalanıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə