İmadəddin Nəsimi-650 - FOTOLAR, VİDEO, YENİLƏNİB

İmadəddin Nəsimi-650  - FOTOLAR, VİDEO, YENİLƏNİB
Böyük Azərbaycan şairi Nəsiminin yubileyi Ankarada qeyd olundu

İmadəddin Nəsiminin 650 illik yubileyi bu gün Ankarada təşkil edilib.

Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsimini xatırlamaq və Ankarada onun əsərlərini, həyatını tanıtmaq üçün “Məndə sığar iki cahan” adlı konfrans keçirilib.

Konfransdan sonra “Nəsimi” tamaşası təqdim edilib.

Tamaşa Azərbaycan İqtisad Universitetinin Teatr klubu tərəfindən hazırlanıb.

Konfrans və tamaşa Azərbaycanın Türkiyədəki səfirliyi, Keçiörən bələdiyyəsi və Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən hazırlanıb. 

Xatırladaq ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

 

Natiq Nailəoğlu, Ankara 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə