Mərhum deputat Yevda Abramov dəfn edilib - FOTOLAR - VİDEO

Mərhum deputat Yevda Abramov dəfn edilib - FOTOLAR - VİDEO

Milli Məclisinin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədr müavini kimi fəaliyyət göstərmiş Yevda Abramovla vida mərasimi keçirilib.

Quba Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisinin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Yevda Abramovun ailəsinə ünvanladığı başsağlığı məktubu oxunub. Mərasimdə iştirak edən rəsmilər, həmkarları və ictimaiyyət nümayəndələri mərhum deputat Yevda Abramovun həyatı və fəaliyyəti barədə danışıblar, onun Azərbaycan dövlətçiliyinə sadiq deputat və gözəl insan kimi xarakterizə ediblər.

Bildirilib ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci il iyunun 12-də Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olub. Yeni Azərbaycan Partiyasının üzvü olan Yevda Abramov 53 saylı Quba-Qusar seçki dairəsindən 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı seçilib. Azərbaycan-Argentina, Azərbaycan - Kuba və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupların üzvü, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Abramovu “Şöhrət” ordeni ilə təltif edib.

Qeyd edək ki, Yevda Abramov uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, dekabrın ayının 6-da 71 yaşında müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib. Vida mərasimindən sonra mərhumun cənazəsi yəhudi adət və ənəsinə uyğun olaraq doğulduğu Qırmızı qəsəbə qəbiristanlıqinda torpağa tapşırılıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə