Azərbaycan millisinin dünya çempionatındakı oyunlarının təqvimi açıqlanıb

Azərbaycan millisinin dünya çempionatındakı oyunlarının təqvimi açıqlanıb

Futzal üzrə DÇ-2020-nin elit-raundunda mübarizə aparacaq Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, matçların keçiriləcəyi tarix və başlama saatı müəyyənləşib.

Bütün matçlar Xorvatiyanın Osiyek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək. İlk matçda meydan sahibləri ilə üz-üzə gələcək komandamız daha sonra Rusiya və Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək. 

29 yanvar
20:00. Rusiya - Slovakiya
23:00. Xorvatiya – Azərbaycan
 
30 yanvar
20:00. Azərbaycan – Rusiya
23:00. Xorvatiya – Slovakiya
 
1 fevral
20:00. Slovakiya – Azərbaycan
23:00. Rusiya – Xorvatiya

Qeyd edək ki, qrup qalibləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar aprel ayında keçiriləcək pley-off oyunlarında üz-üzə gələcək. C qrupunun ikincisi D, B qrupunun ikincisi isə A qrupunun ikincisi ilə qarşılaşacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə