Azərbaycan taekvondoçuları Qran-pridə iki medal qazanıb

Azərbaycan taekvondoçuları Qran-pridə iki medal qazanıb

Rusiyanın paytaxtı Moskvada keçirilən Qran-prinin final mərhələsində Azərbaycanın üç taekvondoçusundan ikisi medal qazanıb.

"Report" xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Harçeqani brazilaylı Migel Martins və özbəkistanlı Nikita Rafaloviçi məğlub edərək finala vəsiqə qazanıb. Lakin o, həlledici döyüşdə rusiyalı Maksim Kramtçova məğlub olaraq gümüş medalla kifayətlənib.

Radik İsayev (+80 kq) isə bürünc medala sahib olub.

Daha bir azərbaycanlı taekvondoçu Cavad Ağayev (68 kq) elə ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.

Qeyd edək ki, 42 ölkədən 128 taekvondoçunun qatıldığı yarış Moskva şəhərinin "Dinamo" idman arenasında keçirilir. İlk pillədə yer alan idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerin sahibi isə 28.8 reytinq xalı əlavə edir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə