"Ericsson" ABŞ hökumətinə 1 milyard dollardan artıq vəsait ödəyəcək

İsveçin "Ericsson" telekommunikasiya şirkəti korrupsiya, o cümlədən bir sıra ölkələrdə hökumət rəsmilərinə rüşvət verilməsi faktlarının araşdırılmasına dair iddiaların həll edilməsi məqsədilə ABŞ hökuməti ilə razılaşma çərçivəsində ümumilikdə 1,06 milyard dollar cərimə ödəyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə konsernin İsveçdə yayılan press-relizində deyilir.

Məlumata görə, razılaşma ABŞ Ədliyyə Nazirliyi ilə əldə olunub.

Konsernin rəhbəri Bötye Ekholm bu qanun pozuntularının ayrı-ayrı yerlərdə menecerlər tərəfindən özbaşına edildiyini, amma şirkətin korrupsiyaya qarşı dözümsüz olduğunu vurğulayıb.

Qeyd edək ki, qanun pozuntuları - vəzifəli şəxslərin rüşvətlə alınması 2000-2016-cı illərdə törədilib və Çin, Vyetnam, Küveyt, İndoneziya və Cibutidə aparılan əməliyyatlarla əlaqədardır. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası "Ericsson" işi üzrə istintaqa 2013-cü, ABŞ Ədliyyə Nazirliyi isə 2015-ci ildə başlayıb. Konsern qanun pozuntularının antikorrupsiya qanununu pozduğunu etiraf edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə