Azərbaycan tamblinqçisi Tokio olimpiadasının keçiriləcəyi yarış zalında qızıl medal qazanıb

Azərbaycan tamblinqçisi Tokio olimpiadasının keçiriləcəyi yarış zalında qızıl medal qazanıb

Azərbaycan tamblinqçisi Aleksey Karataşov Yaponiyanın paytaxtı Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb. 

Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Karataşov buna 11-12 yaşlıların mübarizəsində nail olub. Təsnifat mərhələsində elə ilk pillədən finala vəsiqə qazanan Bakı Gimnastika Məktəbinin 11 yaşlı yetirməsi həlledici mərhələdə 62.700 xalla birinciliyi əldən verməyib.

Qalibin şərəfinə yeni istifadəyə verilmiş və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında gimnastika yarışlarının keçiriləcəyi Ariake Arenasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə