Deputatların səfərləri ləğv edildi - VİDEO

Deputatların səfərləri ləğv edildi - VİDEO
Azərbaycan ATƏT PA-nın iclasında iştirak etməyəcək

Milli Məclis deputatlarının xarici səfərləri ləğv olunub.

Bu səbəbdən dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada ATƏT PA-nın Büro iclası və ATƏT-in Nazirlər Şurasının iclasında Azərbaycan nümayəndələri iştirak etməyəcək.

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bildirdi ki, Azərbaycan nümayəndələrinin ATƏT PA-nın Büro iclası və ATƏT-in Şurasının iclasında iştirak etməsə də ölkəmizin mövqelərinin müdafiəsi istiqamətində işci qaydada əlaqələr davam edir.

Qeyd edək ki, ATƏT Parlament Assambleyasının sabah Slovakiyada keçirilməsi nəzərdə tutulan Büro iclasında və ATƏT-in Nazirlər Şurasının iclasında Milli Məclisin iki deputatının iştirakı nəzərdə tutulurdu.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən