İslahatların 2020-ci il proqnozu - VİDEO

İslahatların 2020-ci il proqnozu - VİDEO
V.Bayramlı:"İqtisadiyyatda dərinləşmiş islahatlar müşahidə olunacaq"

Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiqlənib.

Yeni struktura Azərbaycan Respublikası Baş Nazirin Katibliyi, Baş Nazirin birinci müavininin xidməti, Baş Nazirin müavinlərinin xidmətləri, Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti daxildir. Nazirlər Kabineti Aparatının şöbələrinin sayı da 9-dan 13-ə qaldırılıb.

Bütövlükdə Azərbaycanda aparılan struktur dəyişikliklərinin hədəfi isə strukturun çevikliyinə nail olmaq, qərarları daha tez, daha şəfaf və eyni zamanda bu günki tələb və çağırışlara uyğun verən idarəetmənin formalaşmasından ibarətdir.

Vüqar Bayramlı deyir ki, bir çox sektorlarda özünütəkrarlayan qurumların olması, qərarların qəbuluna praktik olaraq mane olurdu. Bu eyni zamanda prosedurların sayını artırırdı. Vətəndaş dövlət xidməti alan zaman daha çox vaxt sərf etmək, daha çox prosedurdan keçmək məcburiyyətində qalırdı.

Nazirlər Kabinetinin yeni strruktur dəyişikliklərində diqqət çəkən məqamlardan biri də, iqtisadi yönümlü şöbələrin üstünlük təşkil etməsidir:

Ekspertlərin sözlərinə görə, islahatların səmərəliliyi,effektivliyi birbaşa struktur və kadr dəyişikliklərindən asılıdır.

Qeyd edək ki, artıq Baş Nazirin Katibliyinin rəisi təyin edilib. Bu posta Ələsgər Ələsgərov gətirilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə